Britaniya kəşfiyyatı Priqojinin ehtimal olunan ölümünün "Vaqner" üçün nəticələrini açıqlayıb

Britaniya kəşfiyyatı Priqojinin ehtimal olunan ölümünün "Vaqner" üçün nəticələrini açıqlayıb backend

Yevgeni Priqojinin ehtimal olunan ölümü "Vaqner" qrupunda sabitliyi dərindən pozacaq.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Britaniya Müdafiə Nazirliyinə Twitter səhifəsinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "Vaqner" qrupunun üsyanından düz iki ay sonra "Vaqner"lə əlaqəli “Embraer” biznes-jeti Tver yaxınlığında, Moskva ilə Sankt-Peterburq arasında qəzaya uğrayıb. Rusiya hakimiyyəti bildirir ki, bortda 10 nəfər, o cümlədən “Vaqner” ÖHŞ-nin sahibi Yevgeni Priqojin ölüb.

"Hələlik Priqojinin təyyarədə olmasına dair heç bir dəqiq sübut yoxdur və onun müstəsna təhlükəsizlik tədbirlərindən istifadə etdiyi məlumdur. Lakin onun həqiqətən də ölməsi ehtimalı yüksəkdir", - məlumatda deyilir.

Britaniya kəşfiyyatının fikrincə, Priqojinin ölümü  "Vaqner" qrupunda sabitliyi demək olar ki, ciddi şəkildə pozacaq. Onun şəxsi keyfiyyətləri - hiperaktivlik, müstəsna cəsarət, nəticəyə can atmaq və ifrat qəddarlıq onun  hansısa bir davamçısında çətin ki, tapılar.

QAZİLER.AZ

Diaspora