Zalujnı ABŞ-a Ukraynanın cəbhəni yarmaq ərəfəsində olduğunu bildirib - WSJ

Zalujnı ABŞ-a Ukraynanın cəbhəni yarmaq ərəfəsində olduğunu bildirib -  WSJ backend

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ rəsmilərinə Ukrayna qüvvələrinin irəliləyiş ərəfəsində olduğunu bildirib.

Bu barədə RBC-Ukrayna WSJ-yə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, ABŞ və Ukrayna rəsmiləri bir neçə həftədir ki, USQ-nin əks-hücumunun strategiyası və taktikası ilə bağlı intensiv müzakirələr aparırlar. Xüsusilə, amerikalılar ukraynalıları Rusiya müdafiəsini yarıb Azov dənizinə çatmağa çalışmaq üçün qüvvələrini cəmləşdirməyə çağırıblar.

ABŞ hesab edir ki, Ukraynaya ötürülən hərbi texnikanın həcmi əks-hücum üçün kifayətdir və çətin ki, 2024-cü ildə eyni səviyyədə qalsın.

Adı açıqlanmayan amerikalı rəsminin sözlərinə görə, amerikalılarla söhbətlərinin birində Zalujnı belə cavab verib: “Siz bu münaqişənin mahiyyətini başa düşmürsünüz”.

"Bu, üsyançılara qarşı döyüş deyil. Bu, Kurskdur", - Zalujnı deyib.

QAZİLER.AZ

Diaspora