Avqustun 24-də İsraildə Ölü dənizin qərb sahilində yerləşən Eyn Gedi qoruğunda 11 nəfərlik turist qrupu qaya uçqunu altında qalıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə "Kazinform" Haaretz-ə istinadən xəbər verir.
İsrailin fövqəladə hallar xidməti "Magen David Adom"un verdiyi məlumata görə, hadisə nəticəsində beş yaşlı uşaq ölüb, qalan turistlər təxliyə edilib.
Ən azı 8 nəfər yaralanıb. Xəsarət alanlar arasında 4-12 yaşlarında üç uşaq və 40 yaşlı qadın da var. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Onlardan bəziləri hərbi helikopterlərlə xəstəxanalara aparılıb.
QAZİLER.AZ