Türkiyənin Xarici İşlər Nazirliyi X sosial media platforması hesabında paylaşdığı paylaşımda nazir Hakan Fidanın İraq Türkmən Cəbhəsi Ərbil Vilayət Başçılığına səfər etdiyini açıqlayıb.
Qaziler.az TRTHaber-ə istinadən bildirir ki, Hakan Fidan İraqla təmasları çərçivəsində İraq Kürd Regional Rəhbərliyinin (İKRG) sədri Neçirvan Bərzani, İraq Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani və İraq Kürd Regional Rəhbərliyinin (İKRG) baş nazirinin müavini Kubat Talabani ilə görüşüb.
Xatırladaq ki, qardaş ölkənin xarici işlər naziri Hakan Fidan avqustun 22-23-də İraqın paytaxtı Bağdadda danışıqlar aparıb.
QAZİLER.AZ