Norveçin baş naziri Jonas Qar Styore təsdiqləyib ki, Norveç hökuməti F-16 qırıcılarını Ukraynaya köçürməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə avqustun 24-də Norveç hökumətinin saytında məlumat verilib.
“Norveç Ukraynanın müasir hava hücumundan müdafiə sisteminin yaradılmasına öz töhfəsini verir. Bu vacibdir və zəruridir. Biz artıq ukraynalı qırıcı pilotların hazırlanmasına qərar vermişik və bu yay təlim məqsədləri üçün iki Norveç F-16 təyyarəsi verəcəyimizi elan etmişik”, - deyə hökumətin açıqlamasında bildirilir.
O qeyd edib ki, Norveç qırıcı təyyarələri Ukraynaya pulsuz çatdırmağa çalışır və sonra onların sayı və çatdırılma qrafiki ilə bağlı müzakirələr aparılacaq.
Bunun F-16-ları Ukraynaya təhvil vermək niyyətlərini təsdiqləyən Danimarka və Hollandiya ilə sıx əməkdaşlıq çərçivəsində baş tutacağı vurğulanır.
QAZİLER.AZ