Ölkədə leysan yağışlarının yaratdığı sel fəlakətində 4 nəfər həyatını itirib, 34 mindən çox insan təxliyə edilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, həftə sonundan Çilinin mərkəzi və cənub bölgələrində təsirli olan güclü yağış özü ilə birlikdə sel fəlakətini də gətirib.
Çoxlu çaylar daşıb, suyun səviyyəsi qalxıb.
Evləri, əkin sahələrini, küçələri və xiyabanları su basıb.
İnsanlar helikopter və qayıqlarla xilas edilərkən bəzi ərazilərdə insan zəncirləri yaranıb.
İnfrastruktura da külli miqdarda ziyan dəyib. Yağışdan ən çox O'Higgins, Maule, Nuel və Valparaiso bölgələri zərər çəkib.
Valparaiso əyalətinin Vina del Mar şəhərində güclü yağışlardan sonra yol çöküb.
Milli Fəlakətin Qarşısının Alınması və Müdaxilə Xidmətinin (Senapred) verdiyi açıqlamada daşqınlar nəticəsində 4 nəfərin həyatını itirdiyi, 34 mindən çox insanın təxliyə edildiyi bildirilib.
QAZİLER.AZ