Polşanın cənubunda beş nəfər legionellyozdan vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 24-də RMF24 məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, xəstəliyin ocağı Rzeşov şəhəri ərazisində qeydə alınıb. Ümumilikdə 76 nəfərdə bu xəstəlik aşkarlanıb.
Qeyd olunur ki, yoluxma hallarının əksəriyyəti yaşlılara təsir edir. Həftəsonu şəhərdə su təchizatı şəbəkəsində dezinfeksiya işləri aparılacaq.
Legionelloz, pnevmoniyanın ağır formasının inkişafı ilə ağciyər toxumasına təsir edən bir xəstəlikdir.
QAZİLER.AZ