Priqojinin ölümü rəsmən təsdiqlənib

Priqojinin ölümü rəsmən təsdiqlənib backend

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin və komandir Dmitri Utkinin cəsədləri morqda tanınıb və onların ölümü rəsmən təsdiqlənib.

APA xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, Priqojin və Utkinin cəsədləri xüsusi əlamətlər sayəsində tanınıb.

Xatırladaq ki, dünən Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb və ilkin məlumatlara görə, təyyarədə 10 nəfər olub.

Sərnişinlərin bir neçəsinin cəsədləri ağır formada yandıqları üçün hələlik müəyyən edilməyib. Biomaterial artıq genetik test üçün Moskvaya göndərilib.

Diaspora