Avstriyanın sürətlə əriyən “Schlatenkees” buzlağında dağ bələdçisi, təxminən 22 il əvvəl öldüyü güman edilən şəxsin cəsədini tapıb.
Qaziler.az bildirir ki, BBC-də dərc edilən yazıda Avstriya polisinin ölkənin Tiron əyalətində dağ bələdçisinin 2900 metr yüksəklikdə bir kişi cəsədi tapdığı qeyd edilib.
Polisin meyiti daşımaq üçün helikopter göndərdiyi ərazidən içərisində bank kartı və sürücülük vəsiqəsi olan bel çantası da tapılıb.
İlkin araşdırmalara görə, öldüyü zaman 37 yaşında olduğu təxmin edilən şəxsin Avstriyalı olduğu və 2001-ci ildə “Schlatenkees” buzlaqlarında qəza keçirdiyi güman edilir.
1964-cü ildən bəri Avstriyanın Alp dağlarında itən 45 nəfərin hələ də tapılmadığı bildirilir.
QAZİLER.AZ