“Vaqner” ÖHT lideri Yevgeni Priqojinin ölüm xəbəri muzdlu dəstəni şoka salıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, liderlərinin ölümünə yas tutan muzdlu döyüşçülər Priqojini yad edərkən göz yaşlarını saxlaya bilməyiblər.
Sankt-Peterburqda "Vaqner" mərkəzinin qarşısına toplaşan ruslar Priqojin və qəzada həlak olan 10 nəfərin xatirəsinə şamlar yandırıb, güllər qoyublar.
Təyyarədə Priqojindən başqa Vaqnerin təsisçiləri Dmitri Utkin və Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeriy Cekalov, Nikolay Matuseyev də olub.
Priqojinin öldüyü elan edildikdən sonra bəzi Vaqner döyüşçüləri göz yaşlarını saxlaya bilməyib. Döyüşçülərdən biri Novosibirskdəki xatirə abidəsinə qoyulmuş fotoşəkillər qarşısında diz çökərək ağlayıb. Vaqner üzvünün uzun müddət göz yaşlarını saxlaya bilmədiyi anlar isə kameraya yansıyıb.
Xatırladaq ki, ötən gün Rusiyanın Tver vilayətində içərisində 10 nəfərin olduğu Priqojinə məxsus şəxsi təyyarə qəzaya uğrayıb.
QAZİLER.AZ