Avropada iqlim normasından yüksək müşahidə olunan isti hava dalğası 20-dən çox ölkəyə təsir edib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, isti hava şəraiti ilə bağlı Avropanın 7 ölkəsində qırmızı xəbərdarlıq elan edilib.
İsveçrənin böyük hissəsində temperaturun təhlükəli səviyyəsi 3-dən 4-ə qədər yüksəlib. Bölgələrdə günorta saatlarında temperaturun 35 dərəcə olduğu qeyd edilir. Ölkədə həmçinin, buzlaqların əriməsi də sürətlə davam edir.
Bu yay İspaniyada havanın temperaturu 45,3 dərəcədək yüksəlib.
Fransanın 4 bölgəsində qırmızı, 46 bölgəsində isə narıncı xəbərdarlıq edilib. Ölkənin cənubunda yerləşən Rona vadisində termometrlər 42,7 dərəcəyə qədər qalxıb.
Həftəsonuna qədər temperaturun yüksələcəyi istisna edilmir.
QAZİLER.AZ