Tayland saxta reklamları lazımi səviyyədə yoxlamadığı və buna görə zərərlə qarşılaşdığı üçün “Facebook” sosial media platformasını ölkə daxilində qadağan etməklə hədələyib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Asiya ölkəsi Tayland sosial media nəhəngi “Facebook”a embarqo tətbiq edə bilər.
Taylandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyi tərəfindən verilən açıqlamada, “Facebook”un yayımladığı reklamları moderasiya etmək üçün kifayət qədər iş görmədiyi və nəticədə yüz minlərlə Tayland vətəndaşının fırıldaqların qurbanı olduğu bildirilib.
Nazir mövzu ilə bağlı mətbuata açıqlamasında, Tayland hökumətinin saxta və rəqəmsal fırıldaq hesablarla bağlı konstruktiv addım atmayacağı təqdirdə, ayın sonunda məhkəmə qərarı ilə “Facebook”u bağlamağa hazır olduğunu bildirib.
Təxminən 71 milyon əhalisi olan Taylandın Facebook-da 50 milyondan çox istifadəçi hesabı var. Hökumətin qeydlərinə görə, ölkədə 300.000-dən çox insan sosial mediada külli miqdarda saxtakarlığa məruz qalıb.
QAZİLER.AZ