Argentinada yaşanan iqtisadi böhran səbəbindən Kordoba və Mendoza əyalətlərində marketlər talan edilib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisə zamanı 30 nəfər saxlanılıb.
Kordoba və Mendoza əyalətlərində həftəsonu baş verən hadisələr zamanı onlarla motosikletçi marketlərə basqın edərək rəfləri boşaldıblar. Marketin ətrafında böyük çaxnaşma yaşansa da, talançılar hadisə yerindən qaça biliblər.
Hökumət rəsmiləri bu hərəkətlərin qarşıdan gələn prezident seçkiləri ərəfəsində ölkədə çaşqınlıq və inamsızlıq yaratmaq üçün planlaşdırıılmış təxribat olduğu bildirilib.
Polis Kordoba əyalətində 12 marketin qarət edilməsi nəticəsində 20 nəfərin, Mendoza əyalətində isə 10 nəfərin saxlanıldığını açıqlayıb. Ölkənin paytaxtı Buenos-Ayresdə isə bazar ertəsi gecə baş verən qarət cəhdinin qarşısı yerli sakinlər tərəfindən alınıb.
QAZİLER.AZ