Almaniyada uzun müddətdir üzərində işlənən, hər kəsə ikili vətəndaşlığa icazə verən və Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsi Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, əvvəllər məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ hər kəsə şamil ediləcək.
Qanun layihəsi Federal Məclisdən keçərsə, əcnəbilərin Almaniya vətəndaşlığına qəbulu şərtləri də yüngülləşdiriləcək.
Müvafiq olaraq, vətəndaşlığa qəbul üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək.
Almaniyada işlədiyi sahədə və ya təhsilində uğurlu olan, könüllü iş qurmaqla Almaniyadakı həyat şəraitinə uyğunlaşmaq üçün xüsusi səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.
Antisemitizm, irqçilik, ksenofobiya və ya digər qeyri-insani hərəkətlərlə məşğul olanlara isə Almaniya vətəndaşlığı verilməyəcək.
Bundan başqa, çoxarvadlı olanlar və ya konstitusiyada kişi və qadın bərabərliyinə zidd hərəkət edənlər vətəndaşlığa alınmayacaq.
Həmçinin valideynlərdən biri 5 ildir Almaniyada qanuni yaşayırsa, ölkədə doğulan əcnəbi uşaqlar Almaniya pasportu ala biləcəklər. Bundan əlavə, uşaqlar valideynlərinin vətəndaşlığını saxlayaraq ikili vətəndaşlıq əldə edə biləcəklər.
Qanun layihəsində Almaniya vətəndaşı olanlara sənədləri xüsusi mərasimlə veriləcək.
QAZİLER.AZ