Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.
"Report" xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfər ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.