Kosmos tarixində İLK: Hindistan Ayın cənub qütbünə peyk göndərdi - FOTO

Kosmos tarixində İLK: Hindistan Ayın cənub qütbünə peyk göndərdi - FOTO backend

Hindistan "Çandrayaan-3" kosmik gəmisini uğurla Ayın cənub qütbünə endirib və bunu edən ilk ölkə olub.

Qaziler.az xatırladır ki, Hindistanın Aya eniş edən "Çandrayaan-2"nin qəzaya uğramasından təxminən dörd il keçir. Lakin bu gün Hindistan ekipajsız “Çandrayaan-3” kosmik gəmisini Ay səthinə endirməyə nail olub.

Belə ki, Hindistan Rusiyanın uğursuzluğundan dərhal sonra Aya eniş edib və bu onu kosmos tarixində daha da ön plana çıxarıb.

Əlamətdar hadisə zamanı Hindistan Kosmik Tədqiqatlar Agentliyinin (ISRO) “YouTube”da canlı yayımını eyni vaxtda təxminən 8 milyon insan izləyib.

Alimlər bu bölgədə astronavtların istifadə edə biləcəyi su buzu olacağına inanırlar. Lakin Hindistan bu bölgədə araşdırma aparan ilk ölkə olacaq.

“Çandrayaan-3” Ayın cənub qütbünə endikdən sonra 14 gün fəaliyyət göstərəcək.

Təxminən 3,9 ton çəkisi olan “Çandrayaan-3” kosmik gəmisi Ayın səthini tədqiq edəcək.

QAZİLER.AZ

Diaspora