“Ukraynadakı əməliyyatlarımız sadəcə bir məqsəd daşıyır: Qərbin və onun Ukraynadakı peykləri tərəfindən Donbassda yaşayan insanlara qarşı başladılan müharibəyə son verməkdir”.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRİCS sammitinə videokonfrans vasitəsilə qoşularkən deyib.
Putin BRİKS-in qlobal arenada təsirini daim artıran bir struktura çevrildiyini bəyan edib.
"İttifaqımızın gələcəyə doğru strateji marşrutu var və beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin, yəni dünyanın əksər hissəsinin tələblərinə cavab verir. Biz qlobal və regional gündəliyin ən aktual məsələləri ilə məşğul olur, onlarla koordinasiyalı, . bərabərlik, dəstək və bir-birinin maraqlarına hörmət prinsipləri şəkilində fəaliyyət göstəririk”, - Putin bildirib.
Hegemonluq istəyinin Ukraynada ciddi böhrana səbəb olduğunu bildirən Putin, “Əvvəlcə bu ölkədə Qərb dövlətlərinin köməyi ilə çevriliş edildi, sonra isə bu çevrilişi qəbul etməyənlərə qarşı 8 ildir acımasız müharibə aparıldı. Rusiya öz mədəniyyəti, adət-ənənələri, dili və gələcəyi üçün mübarizə aparan insanları sevir. Ukraynadakı əməliyyatlarımız sadəcə bir məqsəd daşıyır: Qərbin və onun Ukraynadakı peykləri tərəfindən Donbassda yaşayan insanlara qarşı başladılan müharibəyə son verməkdir”, - deyə bildirib.
QAZİLER.AZ