Fransa Rusiyanı İŞİD-ə görə qınadı

Fransa Rusiyanı İŞİD-ə görə qınadı backend

Fransanın XİN rəhbəri Loran Fabius bəyan edib ki, Rusiya İŞİD-in mövqelərinə dərhal hava zərbələri endirməyə başlamaq əvəzinə hələlik yalnız qruplaşma ilə mübarizəni müzakirə edir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röters” xəbər yayıb.

“Dünya ictimaiyyəti İŞİD qruplaşmasına zərbə endirib. Fransa, habelə Bəşər Əsəd İŞİD-ə zərbələr endirib, Rusiya isə heç bir zərbə endirməyib. Məhz kimin nə etdiyinə diqqət yetirmək lazımdır”, deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi İŞİD-ə “media zərbələri” endirmək əvəzinə qruplaşmanın mövqelərinə real hava zərbələri endirmək daha məqsədəuyğun olardı: “Rusiya terrorçulara qarşı çıxırsa, onlara qarşı hava zərbələrin endirilməsi tamamilə normal bir hal olardı.

Bundan əvvəl Rusiya, İran, Suriya və İraqın Bağdadda İŞİD-ə qarşı mübarizə üzrə İnformasiya mərkəzi yaratması barədə məlumat verilib.
Diaspora