Dünyaca məşhur italiyalı müğənni Toto Kutunyonun dəfn mərasimi avqustun 24-də Milanda keçiriləcək.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, italiyalı müğənni Toto Kutunonun dəfn mərasimi avqustun 24-ü, cümə axşamı səhər Milanda Santi Nereo ed Achilleo (Müqəddəs Nereo və Axilles) bazilikasında keçiriləcək.
Avqustun 23-də ANSA agentliyindən bildirilib ki, mərasimdə sənətçinin yaxınları, dostları və həmkarları iştirak edəcək.
Mərasim yerli vaxtla səhər saat 11:00-da başlayacaq. Mərasimdə konkret kimin iştirak edəcəyi açıqlanmır.
İtaliyanın baş naziri Ciorcia Meloni başsağlığı məktubunda Kutunyonun “böyük, əsl italyan” olduğunu qeyd edib.
QAZİLER.AZ