Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq prezidenti Əbdüllətif Rəşit ilə görüşüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qardaş ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Fidan ilə İraq prezidenti Rəşit arasında keçirilən görüşdə ikitərəfli ticarətin artırılması, terrorla mübarizə və iki ölkə sərhədindən keçən suların səmərəli istifadəsi məsələləri müzakirə edilib.
Xatırladaq ki, xarici işlər naziri Hakan Fidan dünən Bağdada rəsmi səfər edib və iraqlı həmkarı Fuad Hüseynlə görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar verib.
Nazir Fidanın İraqın baş naziri Məhəmməd Şiya es-Sudani, parlament sədri Məhəmməd Halbusi və Bağdaddakı türkmən icmasının nümayəndələri ilə də görüşü gözlənilir.
Xarici işlər naziri Fidan Ərbildə İraq Kürd Regional Rəhbərliyi (İKRG) rəsmiləri ilə də görüşəcək.
QAZİLER.AZ