ABŞ-da antiloplara açılan "qapı" miqrantlar üçün giriş yoluna çevrildi

ABŞ-da antiloplara açılan "qapı" miqrantlar üçün giriş yoluna çevrildi backend

ABŞ-da nəsli kəsilməkdə olan antilopların keçməsi üçün açıq qalan bənd qapıları ölkəyə qeyri-qanuni giriş nöqtələrinə çevrilib. Hər gün minlərlə qeyri-qanuni miqrant bu yolla ABŞ-a daxil olur.

Qaziler.az bildirir ki,  ABŞ-da musson yağışlarının törətdiyi daşqınınla bağlı təxliyyə və nəsli kəsilməkdə olan antilopları keçmək üçün bənd qapıları açıq qoyulub.

Minlərlə qeyri-qanuni miqrant ölkəyə qanunsuz daxil olmaq üçün bu yoldan istifadə etməyə başlayıb.

Meksika ilə sərhəddə yerləşən Arizona ştatında təxminən 2 ay əvvəl 114 bənd açılıb.

Amerika mətbuatında çıxan xəbərlərə görə, ötən ay bu məntəqələrdən ölkəyə qeyri-qanuni yollarla 42 mindən çox qeyri-qanuni miqrant daxil olub.

Arizona ABŞ-a qeyri-qanuni keçidlərin ən sıx olduğu əyalət hesab olunur.

QAZİLER.AZ

Mənbə: TRTHaber

Diaspora