Milli İstihbarat Təşkilatı (MİT) İraq sərhədinin 150 kilometrliyindəki Süleymaniyyədə Türkiyə Silahlı Qüvvələri, Polis və MİT üzvlərinə sui-qəsd etmək üçün təlim keçən "Bawer Botan" kod adlı Bekir Kınanı zərərsizləşdirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, 2019-cu ildə İraqa gedərək təşkilata qoşulan Kına indiyədək İran və İraqda terror fəaliyyətlərində iştirak edib.
Türkiyə Silahlı Qüvvələri, polis və MİT üzvlərinə qarşı sui-qəsd üçün Türkiyədən təqribən 150 kilometr uzaqlıqda yerləşən Süleymaniyyədə təlim keçməsi üçün hazırlanan Kınanın qısa və uzun lüləli silahlarla təlim keçdiyi və bu məqsədlə qeyri-qanuni yolla Türkiyəyə göndərilmək istəndiyi müəyyən edilib.
Bununla bağlı hərəkətə keçən MİT terrorçu Kına sui-qəsd hazırlığı edərkən keçirdiyi əməliyyatla onu zərərsizləşdirib.
QAZİLER.AZ