Afrika Birliyi çevrilişdən sonra Nigerin Afrika Birliyinin fəaliyyətlərində iştirakını dayandırıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, prezident Bazumun azad edilməsi üçün çağırış edilib.
Afrika Birliyi (AfB) Nigerə hərbi müdaxilədən sonra bu ölkənin üzvlüyünü dayandırdığını açıqlayıb.
AfB Sülh və Təhlükəsizlik Şurasından verilən yazılı açıqlamada, 26 iyulda Nigerə edilən hərbi müdaxilədən sonra ölkənin bütün Afrika Birliyinin fəaliyyətlərində iştirakının dayandırıldığı paylaşılıb.
Orada prezident Məhəmməd Bazumun azad edilməsi və ordunun kazarmalara qayıtması tələb olunurdu.
Digər tərəfdən, bütün üzv dövlətlərə və beynəlxalq ictimaiyyətə çağırış edilərək, Nigerdə hərbi idarəçiliyi qanuniləşdirəcək hər cür hərəkətdən qaçınılması lazım olduğu qeyd edilib.
Afrikadan kənarda hər hansı bir ölkənin müdaxiləsi şiddətlə rədd edilib.
QAZİLER.AZ