Misirdə EG.5 (“Eris”) koronavirus infeksiyasının yeni ştammı ilə ilk iki yoluxma halı qeydə alınıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə avqustun 22-də ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Kəskin respirator xəstəliklərlə məşğul olan mərkəzlərin analizlərinin nəticələri EG.5 koronavirus ştammı ilə yoluxmanın iki yeni halını təsdiqləyir", - Misir departamenti Facebook-da qeyd edib. .
Nazirlikdən həmçinin bildirilib ki, xəstələrin simptomları yüngüldür, onlar sağalır.
QAZİLER.AZ