Avqustun 22-də Latviya 38 avtomobildən ibarət daha bir partiyanı Ukraynaya çatdırmaq qərarına gəlib. Onlar sərxoş sürücülərdən müsadirə olunub.
Qaziler.az bildirir ki, bu barədə Delfi yazır.
"Hökumət Latviya yollarında sərxoş sürücülərdən müsadirə edilən daha 38 avtomobili Ukraynaya bağışlamaq qərarına gəlib", - məlumatda deyilir.
Hökumətin qərarına əsasən, altı avtomobil Ukrayna Müdafiə Nazirliyi, xüsusən də ordu hissələri, qeyri-kommersiya müəssisə və təşkilatları üçün nəzərdə tutulub. Altı avtomobilin ümumi ilkin bazar dəyəri 127 859 avro təşkil edir.
QAZİLER.AZ