Ötən gün Ukrayna prezidenti Volodimir Zelenski və birinci xanım Yelena Zelenskaya Danimarkaya gedib və orada baş nazir Mette Frederiksen ilə görüşüblər.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, görüş zamanı Matte Zelenskinin əlindən tutub, daha sonra qucaqlayaraq yanağından öpüb. Yelena Zelenskaya isə həmin an yaxınlıqda olub. O, ərinə yaxınlaşıb və əlini bir neçə dəfə onun kürəyinə toxundurub.
Sözügedən görüntülər sosial şəbəkə istifadçiləri tərəfindən gülüşlə qarşılanıb. Şərhlərdə “yəqin ki, bu şəkildə o, Zelenskiyə başqa bir qadınla isti qucaqlaşmaları dayandırmalı olduğuna işarə edib. Amma necə qucaqlamamaq olar? Xanım onu elə sıxmışdı. Vova, evdə danışarıq", - kimi fikirlərlə zarafatlaşıblar.
QAZİLER.AZ