Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün şəxsən Rusiyaya gedəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Yeni Şafak” prezident administrasiyasındakı mənbələrə istinadən xəbər verir. Qəzetin yazdığına görə, danışıqlar taxıl müqaviləsinin bərpasından gedəcək.
Nəşr qeyd edib ki, Ərdoğanın səfəri taxıl dəhlizi sazişinin icrasının davam etdirilməsi üçün böyük addım olacaq.
“Türkiyə müqavilənin Rusiyanın iştirakı olmadan yenilənməsini “qeyri-sağlam” addım hesab edir. Onun sözlərinə görə, vəziyyəti ən yaxşı şəkildə həll etmək üçün dövlət başçısının müşaviri Akif Çağatay Kılıç Ukraynaya, prezident isə xarici işlər naziri Hakan Fidanla birlikdə Rusiya Federasiyasına gedəcək”, - prezident administrasiyasındakı mənbə əlavə edib.
QAZİLER.AZ