Yaponiya Fukusimanın çirkab sularını okeana axıdacaq

Yaponiya Fukusimanın çirkab sularını okeana axıdacaq backend

Yaponiya qonşu ölkələrin reaksiyasına baxmayaraq, cümə axşamı sunamidən zərər çəkmiş Fukusima AES-nin çirkab sularını Sakit okeana buraxmağı planlayır.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, qərar BMT-nin nüvə proqramına nəzarət orqanı planı təsdiqlədikdən bir neçə həftə sonra verilib.

2011-ci ildə meydana gələn sunaminin elektrik stansiyasını yerlə bir etməsindən sonra 500 olimpiya hovuzunu dolduracaq qədər 1,34 milyon ton su yığılıb.

Su filtrləndikdən sonra 30 il ərzində axıdılacaq.

Qeyd edilib ki, Yaponiya on ildən artıqdır ki, çirklənmiş suyu çənlərdə toplayıb saxlayır, lakin artıq yer qalmayıb.

QAZİLER.AZ

Diaspora