"Human Rights Watch" (HRW) yeni hesabatında Səudiyyə sərhədçilərinin Yəmən sərhədini keçməyə çalışan miqrantlara atəş açaraq, yüzlərlə insanı öldürdüyünü bildirib.
Qaziler.az “timeturk.com”a istinadla xəbər verir ki, HRW-nin tədqiqatçısı Nadia Hardman verdiyi açıqlamada "Səudiyyə rəsmiləri dünyanın gözü qarşısında bu ucqar sərhəd bölgəsində yüzlərlə miqrantı və sığınacaq axtaran şəxsi öldürür. Səudiyyə Ərəbistanı imicini yaxşılaşdırmaq üçün peşəkar qolf, futbol klubları və böyük əyləncə tədbirləri almaq üçün milyardlar xərcləyərək diqqətləri bu qorxunc cinayətlərdən yayındırmamalıdır", deyib.
Nyu-Yorkda yerləşən HRW təxminən 10 ildir Səudiyyə Ərəbistanı və Yəməndə efiopiyalı mühacirlərə qarşı sui-istifadə hallarını sənədləşdirdiyini, lakin son cinayət hadisələrinin “geniş və sistematik” göründüyünü və insanlığa qarşı cinayət sayılacağını qeyd edib.
Məlumatda bildirilib ki, ötən il BMT ekspertləri bildirdilər ki, 2022-ci ilin ilk dörd ayında Səudiyyə Ərəbistanının cənubunda və Yəmənin şimalında “Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin sərhədyanı artilleriya atəşi və kiçik silahlardan atəşə tutulması nəticəsində təxminən 430 miqrantın həlak olması ilə bağlı həyəcanverici iddialar var.
QAZİLER.AZ