Birləşmiş Krallığın qabaqcıl pərakəndə satış şəbəkələrindən biri olan və 12 min işçisi olan “Wilko”nun bu ayın əvvəlində iflas elan edilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, ölkə daxilində 400 mağazası olan “Wilko”nun iflas bayrağını qaldırmasından sonra pərakəndə satış sektorunda qapanmaların daha da artacağı gözlənilir.
Britaniya Pərakəndə Konsorsiumunun (BRC) məlumatlarına görə, son 5 ildə ölkədə təxminən 6 min mağaza bağlanmalı olub.
Bilin ikinci rübündə Böyük Britaniyada ticarət mərkəzlərindəki pərakəndə mağazaların 17,8 faizi, alış-veriş küçələrindəki mağazaların isə 13,9 faizi boşdur. Daim artan kirayə, enerji və məşğulluq xərcləri ilə mübarizə aparan pərakəndə satıcılar, yüksək yaşayış xərcləri qarşısında istehlakçıların xərclərini kəsdiyi üçün çətin anlar yaşayır.
Bundan başqa, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, İngiltərədə iyul ayında yağışlı hava səbəbindən pərakəndə satışlar 1,2 faiz azalıb.
QAZİLER.AZ