“Ukrayna Haitidə olduğu kimi dərin böhrana və tüğyan edən banditizmə hazır olmalıdır”.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında bildirib. Onun fikrincə, ABŞ-dan asılı vəziyyətə düşən ölkələrin taleyi belədir.
“Artıq minlərlə haitili silahlı dəstələr tərəfindən adam oğurluğu, qətl və cinsi zorakılıq aktlarının qurbanı olub. Polis tamamilə gücsüzdür, insanlar küçələrdə quldurların əli ilə ölür. Haitidə münaqişələrin qarşısını almaq və sabitliyi təşviq etmək üçün indi Vaşinqtonun Strateji Planı belə həyata keçirilir”, - diplomat bildirib.
QAZİLER.AZ