Avstraliyanın Cənubi Avstraliya əyalətində motoru çox güclü olan avtomobilləri idarə etmək üçün xüsusi lisenziyalar tələb olunacaq.
Qaziler.az “Motor1” avtomobil saytına istinadla xəbər verir ki, bununla bağlı Cənubi Avstraliya yeni qanun qəbul edib.
Sözügedən qanun 2019-cu ildə “Lamborghini Huracan” avtomobilinin sürücüsünün 15 yaşlı qıza çırpılaraq onu öldürməsindən sonra qəbul edilib.
Qanuna görə, ölkədə 270 sürücü yerli hakimiyyət orqanları tərəfindən hazırlanmaqda olan onlayn dərslik vasitəsilə "Class U" Avstraliya sürücülük imtahanından keçməli olacaq. Yeni lisenziyalar isə 2024-cü il dekabrın 1-dən qüvvəyə minəcək.
Qanun hansı avtomobillərə təsir edəcək?
1000 kq-a 276 kVt (375 at gücü) və ya daha çox güc/çəki nisbəti olan 4,5 tondan yüngül olan modellərin sürücülərindən yeni lisenziya tələb ediləcək.
Yeni qanundakı "Ultra Yüksək Güclü Avtomobil”lərin siyahısında 2,3 kq/at gücündə “Lamborghini Huracan” və ya 2,4 kq/at gücündə “Ferrari 458 Speciale” var.
Qanunda "Ultra Yüksək Güclü Avtomobil”lərin sürcüləri üçün yeni cəzalar da nəzərdə tutulub.
QAZİLER.AZ