Fransada isti havalara görə əhaliyə pulsuz su paylanacaq

Fransada isti havalara görə əhaliyə  pulsuz su paylanacaq backend

Fransada hökumətin verdiyi qərara əsasən, həddindən artıq isti hava şəraiti ilə əlaqədar qatar və metro stansiyalarında pulsuz su paylanmasına başlanılıb.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, Fransanın 49 bölgəsində temperatur iqlim normasından yüksək səviyyəyə çatıb ki, bu da qırmızı həyəcandan bir səviyyə aşağı deməkdir.

Səlahiyyətlilər bu ərazilərdə yaşayan insanları isti hava ilə ehtiyatlı olmağa çağırıb.

Nəqliyyat naziri Klement Beaune Marseldəki “Saint-Charles” stansiyasına baş çəkib və gələn həftənin ortalarına qədər davam edəcəyi gözlənilən yüksək isti hava şəraiti üçün görülən tədbirləri açıqlayıb.

Nazir xoşagəlməz hadisələrin yaşanmaması üçün kondisionerlərin, qatarların və relslərin baxımını artırmağı, qatar və metro stansiyaları da daxil olmaqla bir çox nöqtədə pulsuz suyun paylanmasını tapşırıb.

QAZİLER.AZ

Diaspora