Rusiya səfiri Danimarkanın Ukraynaya F-16 qırıcıları verməsinin nəticəsindən danışıb

Rusiya səfiri Danimarkanın Ukraynaya F-16 qırıcıları verməsinin nəticəsindən danışıb backend

Danimarkanın F-16-nın Ukraynaya verməsi münaqişənin yeni mərhələsinə səbəb olacaq.

Qaziler.az Reuters-ə istinadən xəbər verir ki, bunu Rusiyanın bu ölkədəki səfiri Vladimir Barbin bildirib.

“Danimarkanın hazırda 19 F-16 təyyarəsini Ukraynaya təhvil vermək qərarına gəlməsi münaqişənin kəskinləşməsinə gətirib çıxarar”, - diplomat bildirib.

Onun sözlərinə görə, Kopenhagen sülh üçün şərtləri Kiyevin özü müəyyən etməli olduğu tezisinin arxasında gizlənir. Nəticədə Danimarka Ukraynaya hərbi əməliyyatları davam etdirməkdən başqa seçim qoymur.

QAZİLER.AZ

Diaspora