Kaluqa vilayətinə dron hücumu olub

Kaluqa vilayətinə dron hücumu olub backend

Rusiyanın Kaluqa vilayətinin Kirovski rayonu ərazisində pilotsuz təyyarələrin hücumu dəf edilib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə avqustun 21-də vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib.

"Bu səhər çətin meteoroloji şəraitə baxmayaraq, Kirovski rayonu ərazisində PUA hücumu dəf edilib", - Şapşa Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, hadisə zamanı insan tələfatı və infrastruktura ziyan dəyməyib.

QAZİLER.AZ

Diaspora