Pakistanın şimal-qərbində fəhlələrin olduğu avtobus partladılıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Xeybər-Pahtunkva əyalətinin təhlükəsizlik orqanları məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində Əfqanıstan sərhədi yaxınlığındakı Vəziristanda tikinti sahəsinə işçiləri daşıyan yük maşınının partladığı güman edilir.
Fəhlələrin ordu üçün körpünün inşasında işlədikləri bildirilib.
Partlayış zamanı 11 nəfər həlak olub.