Niger üsyançılarının yaratdığı Vətənin Qurtuluşu Milli Şurasının (NCSR) rəhbəri general Abdurahman Tçiani bildirib ki, Qərbi Afrika Millətləri İqtisadi Birliyinin (ECOWAS) ölkəyə hər hansı müdaxiləsi işğal kimi qiymətləndiriləcək.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə o Əl Ərəbiyyə telekanalına müsahibəsində bildiririb.
"Biz lazım olan hər şeyi edəcəyik və bizə qarşı istənilən hücuma cavab verəcəyik. Xalqın və bir çox qonşu ölkələrin dəstəyinə sahibik", - Tçiani bildrirb.
O bildirib ki, "ECOWAS"ın Nigerə qarşı tətbiq etdiyi sanksiyaları qeyri-qanunidir və bu ölkəni parçalamağa yönəlib.
Tçiani Nigerdə qarşıdan gələn keçid dövrünün üç ildən çox olmayacağını bildirib.
"Biz hakimiyyəti ələ keçirməyə çalışmırıq və Niger xalqının müəyyən etdiyi istənilən variantı qəbul etməyə hazırıq. Biz xalqın fikrini və milli suverenliyi nəzərə alan istənilən dialoqa hazırıq", - NSSR rəhbəri vurğulayıb.
"Bütün siyasi partiyaları və təşkilatları, xalqın bütün təbəqələrini ölkənin konstitusiya quruluşunun formasını müəyyən etmək üçün geniş milli dialoqa çağırıram", - deyən Tçiani siyasətçiləri və vətəndaşları 30 gün ərzində öz baxışlarını və təkliflərini təqdim etməyə çağırıb