Çin Silahlı Qüvvələri Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər keçirib və bu müddət ərzində ada dövlətinin blokadasını tətbiq edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, avqustun 19-da Çin Milli Azadlıq Ordusunun komandanlığı Tayvan adası ətrafında birgə döyüşə hazır təlimlər keçirmək üçün dəniz və hava qüvvələrini cəlb edib.