Gəlirin miqdarından asılı olmayaraq, çoxuşaqlı ailələr qanunla müəyyən edilmiş müavinət, ödəniş və təminatlar almaq hüququna malikdirlər.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü Nina Ostanina deyib. O, hökumətin çoxuşaqlı ailələrə dövlət dəstəyi tədbirləri ilə bağlı qanunvericilik təşəbbüsündən danışıb.
Ostanina bildirib ki, çoxuşaqlı ailələrə dəstək tədbirləri gəlir səviyyəsindən asılı olmamalıdır:
“Bu, həm də çoxuşaqlı ailələrin vahid reyestrinin tətbiqini, bütün Rusiyada etibarlı olan vahid sertifikatın verilməsini və çoxuşaqlı ailələrin uşaqlarının ictimai nəqliyyatda pulsuz gediş-gəlişini nəzərdə tutur".
Millət vəkilinin sözlərinə görə, qanun layihəsi 2,5 milyon ailənin vəziyyətini yaxşılaşdıracaq.
“Bu, həm də iki övladı olanlar üçün, üçüncü, dördüncü, beşinci dəfə uşaq dünyaya gətirənlər üçün stimullaşdırıcı tədbir olacaq. Çünki onlar mənzil almaq üçün sertifikatın sahibi ola biləcəklər”, - deyə deputat fikrini yekunlaşdırıb.