Moldova taxılın tranziti ilə Ukraynaya kömək etmək istəyir. Ölkə yerli fermerləri qane edə biləcək və dövlətimizə kömək edə biləcək həll yolunu tapmağa çalışır.
QAZİLER AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “RFI”yə müsahibəsində bildirib.
“Moldova Respublikası müharibə başlayandan bəri taxılın tranziti ilə Ukraynaya kömək təklif edib. Təkcə indi, Dunay limanlarının bombalandığı zaman deyil. Bu mürəkkəb mövzudur. Biz çıxış yolu tapmağa çalışırıq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Moldova öz fermerlərinin maraqlarını necə uzlaşdıra biləcəyini və Ukraynadan taxılın tranzitini necə təmin edə biləcəyini anlamaq üçün Ukrayna, Rumıniya və Avropa Komissiyası ilə danışıqlar aparır. Sandu əmindir ki, Moldova Ukraynaya kömək etməlidir.
Moldova Prezidenti qeyd edib ki, hökumət bu cür formatda müzakirələri davam etdirəcək.
“Təbii ki, çıxış yollarından biri bu dövr üçün ötürmə qabiliyyətinin artırılması məqsədilə nəqliyyat infrastrukturu, hərbi-dəniz infrastrukturuna sürətli investisiyalardır. Çünki biz ixracımızı artırmaq istəyirik, infrastrukturumuzu inkişaf etdirmək istəyirik, biz bunu o cümlədən Avropa İttifaqının ehtiyatları sayəsində də edə bilərik”, - deyə o vurğulayıb.
Maya Sandu qeyd edib ki, Moldova fermerləri ilə bağlı problem də mövcuddur, onların hətta müharibənin səbəb olduğu bu böhranlardan əvvəl də ixrac üçün kifayət qədər yolları yox idi. Onun sözlərinə görə, Moldovada dəmir yolu və hərbi-dəniz infrastrukturu kifayət qədər inkişaf etməyib. İndi isə, olduqca böyük həcmdə ərzaq Ukraynadan gəldikdə, vəziyyət çətinləşib.