“Rusiya və Çinlə savaşsaq, ABŞ məhv olacaq” - ABŞ prezidentliyinə namizəd

“Rusiya və Çinlə savaşsaq, ABŞ məhv olacaq” - ABŞ prezidentliyinə namizəd backend

"Əgər biz Rusiya-Çin nüvə ittifaqı ilə müharibə etsək, bildiyimiz kimi Birləşmiş Ştatlar yox olmaq riski ilə üzləşə bilər".

Qaziler.az xəbər verir ki, bu fikirlər 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürəcəyini açıqlayan gənc milyarder Ramasvamiyə məxsusdur. O, Rusiya və Çinə qarşı müharibə başladığı halda, ABŞ-ın yox olacağını barədə xəbərdarlıq edib. 

ABŞ-ın nüvə silahından qorunmaq üçün lazımi imkan və bacarıqlara malik olmadığını deyən Ramasvami, milli müdafiə qüvvələrinin uzun müddətdir “müdafiə etmədiyini” bildirib.

QAZİLER.AZ

Diaspora