Çin Avstraliyadakı hərbi təlimləri peykdən izləyib

Çin Avstraliyadakı hərbi təlimləri peykdən izləyib backend

Çinin Avstraliyada keçirilən Dördlü Təhlükəsizlik Dialoqu (Quad Alliance) hərbi təlimləri zamanı peyklərini Ekvatorun aşağı qurşağına yönəltməklə kəşfiyyat məlumatları topladığı iddia edilir.

Qaziler.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumatda bildirilib ki,  alyansın Avstraliyada təşkil etdiyi “Malabar” və “Talisman Sabre” təlimləri zamanı Çin öz peyklərini bu ölkənin üzərində yerləşdirib.

Kanberra mərkəzli “EOS Space Systems” müdafiə şirkəti iyul ayında orbitdə sabit olan Çinin “Chicien 17”, “Chicien 23” və “Chian 12-01” peyklərini ekvator orbitinin altından idarə edərək Şimali Avstraliyada "Talisman Sabre" təlimini izlədiyini açıqlayıb.

Şirkət avqustun 10-da başlayan "Malabar" təlimindən sonra Çinin aşağı orbitli peyklərinin Sidney limanında döyüş gəmilərinin hərəkətliliyinə yönəlmiş minlərlə uçuş aşkar etdiyini qeyd edib.

QAZİLER.AZ

Diaspora