İsveçin Göteborq şəhərindəki məscidə məktubla şübhəli ağ toz maddəsinin göndərildiyi açıqlanıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Göteborq polisindən verilən açıqlamada şübhəli ağ tozun araşdırılmasının davam etdiyi və hadisə ilə bağlı istintaq işinin açıldığı vurğulanıb.
Göteborq İslam Mədəniyyəti Dərnəyinin rəhbəri Faraj Semmo SVT dövlət televiziyasına bildirib ki, anonim məktubu araşdırarkən onun əllərinə ağ toz dəyib.
Cümə namazından sonra polisə məlumat verdiyini bildirən Semmo, namaza gələnlər arasında panika yaratmamaq üçün bir müddət gözlədiklərini qeyd edib.
QAZİLER.AZ