Türk alimləri kosmosda bitki yetişdirəcək - FOTO

Türk alimləri kosmosda bitki yetişdirəcək - FOTO backend

Türkiyənin ilk insanlı kosmos missiyasında həyata keçiriləcək təcrübə ilə kosmos şəraitində bitkilərə genetik müdaxilə ediləcək.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, kosmos səyahəti zamanı kosmonavt universitet və elmi-tədqiqat qurumları tərəfindən hazırlanan 13 fərqli təcrübə həyata keçirəcək.

Türkiyə Kosmik Agentliyi (TUA) və TÜBİTAK Kosmos Texnologiyaları Araşdırma İnstitutunun müəyyən etdiyi təcrübələrdən biri də "Mikroçəki altındakı Bitkilərdə CRISPR Gen Redaktor Efficiency Araşdırması" adlı araşdırma olacaq.

Layihə ilə molekulyar biologiyanın müasir gen redaktə üsullarından biri olan CRISPR texnikasının mikroqravitasiya mühitində bitkilər üzərində effektivliyini araşdırmaq, kosmosda gen transferi və genetik manipulyasiyanın həyata keçirilə biləcəyini yoxlamaq məqsədi daşıyır.

QAZİLER.AZ

Diaspora