Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhlükəsizlik qüvvələri və adada yerləşdirilən BMT sülhməramlıları arasında gərginlik baş verib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, buna səbəb ŞKTR ərazisindən BMT sülhməramlılarının nəzarəti altında olan Yaşıl Xətt üzərindəki Pile kəndinə yolun çəkilməsi olub.
Belə ki, BMT sülhməramlıları yolun çəkilməsinə əngəl olmağa çalışaraq, ərazidə beton bloklar yerləşdirib. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb.
ŞKTR xarici işlər naziri Tahsin Ertuğruloğlu vəziyyəti şərh edərək, yol inşası layihəsinin dayandırılmaycağını açıqlayıb.