Hindistanda Dehli-Puna daxili reysi ilə uçan 100-dən çox sərnişin təyyarəyə bomba qoyulması ilə bağlı anonim xəbərin ardından "Vistara" aviakampaniyasının təyyarəsindən təxliyə edilib.
Qaziler.az bildirir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, səhər saatlarında naməlum şəxs Nyu-Dehli beynəlxalq hava limanının əlaqə mərkəzinə zəng edərək "UK971 nömrəli reysin 42 nömrəli qapısında üç bomba olduğunu və bir saatdan sonra partlayacağını" deyib. Bundan sonra bütün sərnişinlər Punaya uçmalı olan təyyarədən endirilib.
“Biz təsdiq edirik ki, 18 avqust 2023-cü il tarixində Dehlidən Punaya yola düşməli olan UK971 reysi məcburi təhlükəsizlik yoxlamaları səbəbindən təxirə salınıb. Biz bu məsələ ilə bağlı müvafiq təhlükəsizlik qurumları ilə əməkdaşlıq edirik”, – "Vistara" sözçüsü bildirib.
QAZİLER.AZ