İsveçdə terror xəbərdarlığı

İsveçdə terror xəbərdarlığı backend

 İsveçdə təhlükəsizlik vəziyyətinin islamofob hadisələrə görə pisləşdiyi barədə xəbərdarlıq edilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, xəbərdarlığı bu ölkənin kəşfiyyat agentliyi edib.

"Biz təhlükə səviyyəsini 3-dən 4-ə qaldırdıq", - Skandinaviya ölkəsinin kəşfiyyat agentliyi bildirib.

Ölkədəki Kəşfiyyat Xidmətinin (SEPO) rəhbəri Şarlotta fon Essen milli terror təhlükəsi səviyyəsini qaldırdıqlarını açıqlayıb.

Essen, İsveçin təhlükəsizlik vəziyyətinin "Quran" yandırma hərəkətləri və onlara qarşı etirazlar səbəbindən pisləşdiyini bildirib.

 

Təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı qərar qəbul etdiklərini qeyd edən Essen:

"Milli terror şkalası üzrə 5 ballıq təhlükə səviyyəsini 3-dən 4-ə qaldırdıq. Qərar getdikcə pisləşən təhlükə səviyyəsinin ümumi qiymətləndirilməsinə əsaslanır", - deyib.

QAZİLER.AZ

Diaspora