Son 2 ayda təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 32-yə yüksəlib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin Diyabakır vilayətində daha 3 terror təşkilatı üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
Təslim olan təşkilat üzvlərinin Şimali İraq və Suriyadakı terror təşkilatının tərkibində fəaliyyət göstərdikləri müəyyən edilib.
Bu terrorçularla birlikdə son 2 ayda təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 32-yə yüksəlib.
Daxili işlər naziri Ali Yerlikaya: “Terrorla mübarizənin bütün sahələrində iştirak edən qəhrəmanlarımızı təbrik edirəm. Mübarizəmiz terror bitənə qədər davam edəcək”, - deyə bildirib.
QAZİLER.AZ