Terror təşkilatı PKK/YPG-nin Suriyada silahlı təlimlərini davam etdirən ABŞ ordusu Haseke vilayətinin şimal-şərqindəki Qamışlı rayonunda terrorçularla birgə silahlı təlim keçirib.
Qaziler.az bildirir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ əsgərlərinin Qamışlıda onlarla PKK/YPG terrorçusuna keçirdiyi təlimi avqustun 15-17-də baş tutub.
Birgə silahlı təlimdə zenit silahları, ABŞ istehsalı “Bradley” zirehli döyüş maşınları və müxtəlif ağır silahlardan istifadə olunub.
ABŞ ordusu Hasekenin Əbdüləziz dağındakı bazalarında və Deyr əz-Zor vilayətindəki əl-Ömər və Koniko neft yataqlarında terror təşkilatı PKK/YPG-yə tez-tez hərbi təlimlər verir.
mənbə: TRTHaber
QAZİLER.AZ