Litva Rusiya ilə sərhədini bağlaya bilər

Litva Rusiya ilə sərhədini bağlaya bilər backend

Litva dövlətin təhlükəsizliyinə müəyyən təhdidlər yaranarsa, Rusiya ilə sərhədin bağlanmasının mümkünlüyünü istisna etmir.

Bu barədə RBC-Ukrayna LRT-yə müsahibəsində Litvanın daxili işlər naziri Aqne Bilotayteyə istinadən məlumat verib.

O qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşü olub.

“...bütün komanda ilə biz təkcə Belarusla sərhədin bağlanmasını deyil, həm də digər variantları, yəni Rusiya Federasiyası ilə sərhədin bağlanmasını müzakirə etdik, çünki müxtəlif təhlükələr ola bilər və biz buna hazır olmalıyıq", - deyə Bilotayte bildirib.

Onun sözlərinə görə, Litva öz hərəkətlərini planlaşdırmalı, kim nəyə nəzarət etməlidir, qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var, məmurlar hansı tədbirləri görməlidirlər ki, yeni təhlükələr zamanı dövlət dinc prosesi və təhlükəsizliyi təmin edə bilsin.

Eyni zamanda, daxili işlər naziri qeyd edib ki, hazırda Belarusla sərhədin tamamilə bağlanacağı təqdirdə Rusiya ilə sərhədin avtomatik bağlanıb-bağlanmayacağını söyləmək çətindir.

QAZİLER.AZ

Diaspora